"Bayer Leverkuzen" klubunun ulduzu Florian Virtz əzəli rəqib "Bavariya" ilə razılaşıb.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, futbolçu bu barədə baş məşqçi Xabi Alonso və klub rəhbərliyinə məlumat verib.
Qeyd edək ki, oyunçuya 5 mövsümlük müqavilə və ilinə 25 milyon avro maaş təklif olunub.