Qızılın qiyməti yenidən 3400 dolları keçdi

Tarix:6-05-2025, 23:12
Baxış Sayı:1

 

"Comex" ticarət platformasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında çatdırılma ilə qızıl füçersləri bir Troya unsiyası üçün 3 400 dolları növbəti dəfə ötüb. Belə artım aprelin 22-dən bəri ilk dəfə qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bunu birja məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 16:42-yə olan məlumata görə, qızılın qiyməti 0.94% artaraq 1 unsiya üçün 3 400.4 dollar səviyyəsinə çatıb.

Lakin beş dəqiqə sonra, Bakı vaxtı ilə saat 16:47-də artım tempi bir qədər yavaşlayıb və kotirovkalar yenidən 3 396.6 dollar səviyyəsinə düşüb ki, bu da hələ də 0.82% artım deməkdir.