Şəki Ağır Cinayətlər Məhkəməsində qardaşının qətlində təqsirləndirilən Qalib Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Musayev 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü ilin noyabrında Ağdaş rayonu ərazisində baş verib. Rayon sakini Qalib Musayev qardaşı Mirmehdi Musayevlə ata mülkü üstündə mübahisə edib. Mübahisə davaya çevrilib, nəticədə Q.Musayev qardaşını 8 bıçaq zərbəsi ilə qətlə yetirib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.