“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edildi

Tarix:Dünən, 09:35
Baxış Sayı:0

 

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib.


Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.


Məlumata əsasən


Bakı – Təl-Əviv – Bakı


J2 021/022 (13 iyun)


J2 321/322 (13 iyun)


J2 021/022 (14 iyun)


Bakı – Dubay – Bakı


J2 011/012 (13 iyun)


Bakı – Tehran – Bakı


J2 8017/8018 (13 iyun) reysləri ləğv edilib


Qeyd olunub ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.